20 İyul 2026 / 11:37

Bayırşəhərdə yonulmayan daşlardan hörülmüş divarlar-FOTO

Söküntüsü və dağıntısı davam edən Bayırşəhərdəki söküntü ərazisində ilk dəfədir şəkildə gördüyünüz yonulmayan daşlardan hörülmüş divarlara rast gəlinir. Bayırşəhər sakinlərindən biri yazır: “…Bu divarın qədim görünüşünə baxın, sanki açıq səma altında sərgilənən canlı bir muzey eksponatıdır. Bayırşəhərdə adətən “kubik” kimi tanıdığımız mişar daşından tikilmiş, suvaqlı və ya aqlay üzlüklü fasadlar üstünlük təşkil edir. Amma bu divar fərqli bir daş hörgüsü üsulunu nümayiş etdirir. Diqqətlə baxanda elə təəssürat yaranır ki, daşlar heç bir bağlayıcı məhlul olmadan sadəcə üst-üstə düzülüb. Əslində isə, çox güman ki, bir əsrdən artıq yaşı olan bu tikilidə daşların arası vaxtilə gil-palçıq məhlulu ilə doldurulub. Zamanla təbii aşınma nəticəsində həmin məhlul dağılaraq yox olub və divarın əsl, çılpaq strukturu üzə çıxıb. Bu dalan sökülərkən heç olmasa bu divarın bir hissəsinin konservasiya edilərək qorunması, möhkəmləndirilməsi və burada salınacaq parkın bir elementinə çevrilməsi çox dəyərli bir şəhərsalma həlli olardı…”.
Amma və lakin…
SƏBİHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!