Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2026 / 20:53

Ukrayna Rusiyaya uzaqmənzilli zərbələri artıracaq

Ukrayna müdafiənin gücləndirilməsi strategiyası çərçivəsində Rusiya ərazisinə uzaqmənzilli zərbələrin miqyasını genişləndirmək və Rusiyaya texnoloji təzyiqi davam etdirmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevgeni Xmara ölkə Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib.

“Birlikdə prezidentin tapşırığını yerinə yetirə və Müdafiə Qüvvələrimizin maksimum səmərəliliyi üçün şərait yarada biləcəyik”, – o sosial şəbəkələrdə yazıb.

Y.Xmara işin əsas istiqamətləri sırasında texnologiyaların inkişafını, ordunun uzaqmənzilli məhvetmə vasitələri ilə təmin edilməsini, “deep strike”, “middle strike” proqramlarının genişləndirilməsini, həmçinin ukraynalı hərbçilərin qorunmasını qeyd edib.

O həmçinin bildirib ki, Ukrayna Müdafiə Nazirliyi və Baş Qərargahı Rusiyanı uzunmüddətli sülhə məcbur etməyə yönəlmiş praktiki addımlar hazırlayır: “Həmçinin baş komandanla gələcəyə dair baxışlarımızı müzakirə etdik. Prezident Volodimir Zelenski bizim baxışımızı dəstəklədi”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!