Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna müdafiənin gücləndirilməsi strategiyası çərçivəsində Rusiya ərazisinə uzaqmənzilli zərbələrin miqyasını genişləndirmək və Rusiyaya texnoloji təzyiqi davam etdirmək niyyətindədir.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevgeni Xmara ölkə Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib.
“Birlikdə prezidentin tapşırığını yerinə yetirə və Müdafiə Qüvvələrimizin maksimum səmərəliliyi üçün şərait yarada biləcəyik”, – o sosial şəbəkələrdə yazıb.
Y.Xmara işin əsas istiqamətləri sırasında texnologiyaların inkişafını, ordunun uzaqmənzilli məhvetmə vasitələri ilə təmin edilməsini, “deep strike”, “middle strike” proqramlarının genişləndirilməsini, həmçinin ukraynalı hərbçilərin qorunmasını qeyd edib.
O həmçinin bildirib ki, Ukrayna Müdafiə Nazirliyi və Baş Qərargahı Rusiyanı uzunmüddətli sülhə məcbur etməyə yönəlmiş praktiki addımlar hazırlayır: “Həmçinin baş komandanla gələcəyə dair baxışlarımızı müzakirə etdik. Prezident Volodimir Zelenski bizim baxışımızı dəstəklədi”.