Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2026-cı ilin yanvar-may aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmin edilmiş 1023 müraciət üzrə ümumilikdə 152 min manatdan çox vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb.
Dövlət Agentliyindən Tezadlar.az -a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilmiş müraciətlərin sayında 2,9 faiz, istehlakçılara qaytarılan vəsaitin həcmində isə 18,6 faiz artım qeydə alınıb.
Qeyd edilən göstərici istehlakçı hüquqlarının qorunması sahəsində həyata keçirilən tənzimləmə tədbirlərinin effektivliyini və vətəndaşların hüquqlarının bərpası istiqamətində aparılan ardıcıl fəaliyyətin uğurlu nəticələr verdiyini göstərir.