Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyul 2026 / 18:34

İki ailə arasında dava: 2 ölü, 5 yaralı

Aydının Söke rayonunda iki ailə arasında baş verən silahlı toqquşmada iki nəfər ölüb, beş nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, məlumata görə, Türkiyədə Kemalpaşa məhəlləsində uzun müddətdir evlilik təklifi ilə bağlı mübahisəsi olan iki ailə arasında mübahisə yaranıb.

Mübahisə davaya çevrilib və hər iki tərəf bir-birinə silahdan atəş açıb.

Hadisə yerinə jandarma və tibbi qruplar göndərilib.

Güllə dəyən yeddi nəfər xəstəxanalara aparılıb.

Yaralılardan biri olan Umut Cabaş (38) xəstəxanada tibbi müdaxiləyə baxmayaraq, xilas edilə bilməyib.

Cabaşın davanı eşitdikdən sonra davanı dayandırmağa getdiyi və bu müddət ərzində güllə dəydiyi öyrənilib.

Daha sonra digər yaralı Doğan İşık müalicə aldığı Söke Fehime Faiq Kocagöz Dövlət Xəstəxanasında vəfat edib.

Polis hadisə ilə əlaqədar dörd nəfəri saxlayıb və tərəflərin qohumları arasında daha çox insidentin qarşısını almaq üçün xəstəxanalarda geniş təhlükəsizlik tədbirləri görüb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!