Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Eyüpsultanda sərnişin avtobusu ilə minik avtomobili arasında toqquşma nəticəsində 30 sərnişin yaralanıb.
Tezadlar.az xəbər verir ki, qəza Nişanca məhəlləsindəki Yavedut küçəsində baş verib. Daha sonra avtobus yol nişanına çırpılıb. Hər iki nəqliyyat vasitəsində olan bir neçə sərnişin yaralanıb.
Hadisə yerinə polis, tibb və yanğınsöndürmə briqadaları göndərilib.
İstanbul Vilayət Səhiyyə Müdiri Abdullah Emre Güner hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra 30 yaralı vətəndaşın təcili yardımla xəstəxanalara aparıldığını açıqlayıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
ELBAR