Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində Xalq şairi Zəlimxan Yaqubun doğulub boya-başa çatdığı ata ocağında onun ev-muzeyinin yaradılmasına başlanılıb və muzey binasının təməli qoyulub. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, təməlqoyma mərasimində şairin ailə üzvləri və müxtəlif bölgələrdən gələn qonaqlar iştirak ediblər. Çıxış edən natiqlər bildiriblər ki, Zəlimxan Yaqub doğma Kəpənəkçi kəndində “Poeziya Evi”nin yaradılmasını arzulayırdı.
Qeyd olunub ki, gələcəkdə ev-muzeyi saz-söz sənətinin, poeziyanın yaşadıldığı mühüm mədəniyyət ocaqlarından birinə çevriləcək. Burada böyük şairin həyat yolu, yaradıcılığı və zəngin ədəbi irsi nümayiş etdiriləcək, müxtəlif ədəbi tədbirlər, görüşlər və yubiley mərasimləri keçiriləcək.