27 İyul 2026 / 08:59

Zəlimxan Yaqubun ata ocağında ev-muzeyinin təməli qoyulub

Gürcüstanın Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində Xalq şairi Zəlimxan Yaqubun doğulub boya-başa çatdığı ata ocağında onun ev-muzeyinin yaradılmasına başlanılıb və muzey binasının təməli qoyulub. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, təməlqoyma mərasimində şairin ailə üzvləri və müxtəlif bölgələrdən gələn qonaqlar iştirak ediblər. Çıxış edən natiqlər bildiriblər ki, Zəlimxan Yaqub doğma Kəpənəkçi kəndində “Poeziya Evi”nin yaradılmasını arzulayırdı.

Qeyd olunub ki, gələcəkdə ev-muzeyi saz-söz sənətinin, poeziyanın yaşadıldığı mühüm mədəniyyət ocaqlarından birinə çevriləcək. Burada böyük şairin həyat yolu, yaradıcılığı və zəngin ədəbi irsi nümayiş etdiriləcək, müxtəlif ədəbi tədbirlər, görüşlər və yubiley mərasimləri keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!