Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyul 2026 / 09:57

Əmanətçilərə yuxarı faiz dərəcələrinin cəlbediciliyinə aldanmamaq tövsiyə edildi

“Müştərilər banklarda göstərilən faizdən yuxarı faizlə əmanətlər yerləşdirməsinlər”.

Tezadlar.az xəbər verir ki, bunu “Maliyyə sektorunda aktual çağırışlar və Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti” adlı panel sessiyada çıxış edən Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva bildirib.

“Müştərilərdə belə bir tendensiya görürəm ki, çox vaxt müqavilələri tam oxumurlar. İndi isə bəzi hadisələr baş verdikdən sonra, daha diqqətli olublar. Mən birbaşa kompensasiyalarla işlədiyim üçün müştərilərlə, bunu görürdüm. Bəzi müqavilələrin şərtlərində, banklarda bonus sistemi, qazan sistemi və digər faiz dərəcələri, cəlbedici kreditlər olduqda, bu artıq sual yaradır. Və ümumi faiz gəliri 12-dən və digər bankdan daha artıq hesab olunur.

Ona görə, əlavə araşdırmalar tələb olunur. Ona görə müştərilərə, məsləhət görürük ki, ümumiyyətlə, göstərilən faizdən yuxarı faizlə əmanətlər yerləşdirməsinlər. Buna diqqət eləsinlər” – Aygün Balıyeva əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!