Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın paytaxtı Parisdə bıçaqlı hücum nəticəsində üç nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, “Le Parisien” qəzetinin məlumatına görə, 30 yaşlarında bir kişi Parisdəki Klişi Meydanı yaxınlığında bıçaqlı hücum törədib.
Məlumatda bildirilir ki, hücum nəticəsində biri hamilə olan üç qadın yaralanıb və şübhəli hadisə yerində saxlanılıb.
BFMTV-nin məlumatına görə, yerli vaxtla saat 11:30 radələrində Parisdəki Klişi Meydanı yaxınlığında iki bıçaqlı kişi insanlara hücum edib.
Məlumatda bildirilir ki, yaralı üç nəfər təcili yardım işçiləri tərəfindən xəstəxanaya aparılıb və onlardan heç birinin vəziyyəti ağır deyil. Şübhəli hadisə yerində saxlanılıb və araşdırma başlayıb.
Hücumun səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
ELBAR