Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son iki həftə ərzində 75 əyalətdə keçirilən narkotik satıcılarını hədəf alan əməliyyatlarda 1628 şübhəli saxlanılıb. Bunlardan 846-sı həbs edilib, 290-na məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.
Tezadlar.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, narkotik satıcılarını hədəf alan əməliyyatlar 75 əyalətdə əyalət polis idarələri tərəfindən Təhlükəsizlik Baş İdarəsinin Narkotik Cinayətlərinə Qarşı Mübarizə İdarəsi və prokurorluq orqanları ilə koordinasiyalı şəkildə həyata keçirilib.
2442 qrup, 6105 şəxsi heyət, 22 təyyarə və 43 narkotik aşkarlama iti iştirak edən əməliyyatlarda 1 ton 447 kiloqram 873 qram narkotik və 418273 narkotik həbi müsadirə edilib.
Tutulan 1628 şübhəlidən 846-sı həbs edilib, 290-na məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digər şübhəlilər üçün məhkəmə proseslərinin davam etdiyi bildirilib.
ELBAR