Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qlobal ödəniş sistemi olan “Visa” daha səmərəli fəaliyyət göstərmək məqsədilə 2600 əməkdaşını işdən çıxarmağı planlaşdırır.
Tezadlar.az “Bloomberg”ə istinadla xəbər verir ki, ixtisarlar şirkətin işçi qüvvəsinin təxminən 7 faizini əhatə edəcək.
İşdən çıxarmaların əsasən məhsul komandaları və texnologiya bölməsində həyata keçiriləcəyi bildirilir.
“Visa”nın baş icraçı direktoru Ryan McInerney əməkdaşlara göndərdiyi məktubda şirkətin müştərilər və tərəfdaşlar üçün ən yaxşı qərarları verməyə və səmərəliliyi artırmağa fokuslandığını bildirib.
Qeyd edək ki, şirkətin ötən ilin sonunda ümumilikdə 34 min 100 əməkdaşı olub.