Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyul 2026 / 19:01

“Visa” 2600 əməkdaşını işdən çıxaracaq

Qlobal ödəniş sistemi olan “Visa” daha səmərəli fəaliyyət göstərmək məqsədilə 2600 əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Tezadlar.az “Bloomberg”ə istinadla xəbər verir ki, ixtisarlar şirkətin işçi qüvvəsinin təxminən 7 faizini əhatə edəcək.

İşdən çıxarmaların əsasən məhsul komandaları və texnologiya bölməsində həyata keçiriləcəyi bildirilir.

“Visa”nın baş icraçı direktoru Ryan McInerney əməkdaşlara göndərdiyi məktubda şirkətin müştərilər və tərəfdaşlar üçün ən yaxşı qərarları verməyə və səmərəliliyi artırmağa fokuslandığını bildirib.

Qeyd edək ki, şirkətin ötən ilin sonunda ümumilikdə 34 min 100 əməkdaşı olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!