Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2026 / 21:12

Çirkli pulların yuyulması işi: hökm tələbi

Rusiyada prokurorluq bloqer Hüseyn Həsənovun çirkli pulların yuyulması işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edilməsini və 155 milyon rubl (təxminən 3 milyon 306 min 925 manat) cərimələnməsini istəyib.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, məhkəmə prosesi qiyabi keçirilir. Çünki Həsənov beynəlxalq axtarışa verilib və istintaqın məlumatına əsasən, hazırda xaricdə gizlənir.

İstintaqın iddiasına görə, Hüseyn Həsənov 2019–2021-ci illərdə dövlət büdcəsinə 175 milyon rubl vergi ödəməyib. Bildirilir ki, o, həmin vəsaitin bir hissəsini daşınmaz əmlak almaqla leqallaşdırıb.

Bununla belə, bloqer sonradan Federal Vergi Xidmətinə olan borcunu tam ödəyib. Bu səbəbdən ona qarşı vergidən yayınma ittihamı ləğv edilib. İddialara görə, Həsənov hazırda Birləşmiş Ərəb Əmirliyində yaşayır.

Bloqer isə çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mixail Yusupov bildirib ki, Həsənov dövlət qarşısındakı vergi öhdəliyini çoxdan yerinə yetirib və ümumilikdə büdcəyə təxminən 300 milyon rubl ödəyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!