Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2026 / 20:43

Göyçayda Şirvan suvarma kanalı yarıldı

Göyçay rayonunda Şirvan suvarma kanalının yarılması nəticəsində su ətraf əraziyə yayılıb.

Tezadlar.az xəbər verir ki, hadisə rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən Şirvan suvarma kanalında baş verib.

Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin “qobu” adlandırdığı dərin çökəkliyə doğru axır.

Hazırda hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!