Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Avqust 2026 / 08:04

Neapolda 4,7 bal gücündə zəlzələ olub

İtaliyanın Neapol şəhərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Flegrean ərazisində 3 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində Neapolun bəzi məhəllələrində elektrik enerjisi kəsilib, qatarların hərəkəti müvəqqəti dayandırılıb.

İlkin məlumata əsasən, ölən və yaralanan yoxdur. Neapol yaxınlığındakı Potssuoli şəhərində bəzi tikililərə ziyan dəydiyi ehtimal edilir, ərazidə mütəxəssislər tərəfindən araşdırmalar aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!