Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Akın Susurlukda baş verən meşə yanğınını canlı yayımlayarkən boğazına qığılcım dəyib.
Tezadlar.az xəbər verir ki, vəziyyətinin yaxşı olduğu bildirilir. Bələdiyyə sədri Akın sosial mediada canlı yayım edərkən küləkdən gələn qığılcım boğazına dəyib.
Qığılcımlardan biri ona dəydikdən sonra Akın yayımı dayandırıb və təcili yardım işçilərindən ilk tibbi yardım aldıqdan sonra Susurluk Dövlət Xəstəxanasına aparılıb.
Bələdiyyə sədri Akının səhhətinin yaxşı olduğu bildirilir. Bölgədə yanğınsöndürmə işləri 171 nəqliyyat vasitəsi və 522 personalla fasiləsiz davam edir.
ELBAR