Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Perunun Nazca şəhəri yaxınlığındakı kənd ərazisində turistləri daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, Nazca Polis Rəisi Xorxe Andrade paytaxt Limadan təxminən 240 kilometr aralıda yerləşən Piskodan havaya qalxan təyyarənin Nazka kəndində qəzaya uğradığını bildirib.
Andrade sağ qalan olmadığını söyləyərək əlavə edib: “Əldə etdiyimiz məlumata görə, 11 sərnişin və 2 heyət üzvü həyatını itirib. İndiyə qədər 4 nəfərin cəsədini tapmışıq”.
Andrade turistlərin Nazca Xətlərini havadan görmək üçün gəzinti uçuşunda iştirak etdiklərini qeyd edib.
Bölgədə əvvəllər də oxşar təyyarə qəzaları baş verib
Mülki Aviasiya İdarəsi (Aeronáutica Civil) qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlatıb.
Bölgədə əvvəllər də oxşar təyyarə qəzaları baş verib.
2022-ci ildə təyyarə qəzasında 2 Çili və 3 Hollandiya vətəndaşı da daxil olmaqla 7 nəfər həlak olub.
2010-cu ilin oktyabr ayında AirNasca təyyarəsi Nazca Xətləri üzərindən gəzinti uçuşu etdikdən sonra qəzaya uğradı, nəticədə dörd britaniyalı turist və iki perulu heyət üzvü həlak oldu.
ELBAR