Vətən Muharibəsi zamanı ağır məhrumiyyətlərə və psixoloji sarsıntılar məruz qalan Ermənistan silahsız qüvvələrinin baş qərargah rəisi general leytenant Eduard Əsiryan yenə əsəbləşib və ölkənin baş naziri Nikol Pashinyan / Նիկոլ Փաշինյան sülh gündəliyini bombalayıb.
Adı taleyinə yazılan general nərmanazik jurnalist qızları görəndə bir az da dozanı artırıb, qanadlarını çırpıb və çörək yediyi evə tərəf ucadan banlayıb:
“Azərbaycana bir qarış da torpaq verilməyəcək”
Əsiryan bilməlidir ki, Azərbaycan heç bir qonşu ölkədən, o cümlədən 30 illik işğal tarixinə malik Ermənistandan torpaq istəyib. Amma Azərbaycan öz torpaqlarını da işğalçılardan, o cümlədən Əsiryanın rəhbərlik etdiyi qanunsuz silahlı birləşmələrdən tamamilə təmizləyib. Demarkasiya başa çatmayıb, sərhəd xətti çəkilməyib. Ermənistan işğal dövründə sərhəddi Kür sahilində, Yevlax körpüsündə və Mingəçevir su anbarında axtarırdı. Alınmadı, daşlarını əzdim, arzuları gözlərində qaldı.
Maraqlıdır ki, adətən Ermənistan əhalisi Azərbaycan əleyhinə pafos dolu çıxışları müsbət qarşılayır. Bu dəfə isə tərsinə olub. Ermənistan əhalisi sosial şəbəkələrdə “Dəlinin yadına daş salan” Əsiryana qoşunların döyüş meydanının tərk etməsi, qaçış sürəti, ölkənin məhdud dərinliyi, fərari sıxlığı və s. ilə bağlı maraqlı suallar veriblər.
Əsiryan bilməlidir ki, Azərbaycan nəsə əldə etmək istəyəndə nəinki ondan və ya digər dizertir generaldan, nəinki Ermənistandan, hətta onları idarə edən ölkələrdən heç vaxt, heç nə soruşmur. Zərurət varsa, Azərbaycan Əsgəri gəlir, götürür və mohkəmlənir. Həmişə belə olub. Çünki, bu ərazilər 30 il erməni işğalında olan və tarixi torpaqlarımızdır. İkincisi, bu 30 il müddət ərzində Ermənistan sərhəddə heç bir infrastrukturu qurmayıb, bizim Əsgər isə əlverişli hesab etdiyi ərazidə möhkəmlənib.
Azərbaycanın heç bir vaxt kimsənin ərazisinə iddia etmədiyi halda işğalçı ölkənin ən yüksək vəzifəli dizertir hərbçisi tərəfindən qalıb Azərbaycanı zəif göstərmək cəhdi qəbuledilməzdir. Əsiryan elə bir görüntü yaradır ki, guya Ermənistan ordusu bərpa olub, Azərbaycana ərazi verilməsi məsələsi də Əsiryandan asılıdır. Vaxtilə Əsiryan Qazaxın 4 kəndinin qaytarılmasına da etiraz edirdi, Nikolun əksinə bəyanat verirdi. Keçən dəfə bir az yazıb pozduqdan sonra Əsiryanın ipini çəkdilər. Bir də bu mövzuya iki il toxunmadı. İndi isə yenə Əsiryan həm Ermənistan əhalisinin yaralı yeri olan ərazi itkisindən yada salır, həm də Azərbaycanı sancmağa çalışır. Əsiryanın “Qazaxın qaytarılan 4 kəndi Ernənistan ərazisidir” cümləsi də mənim yaxşı yadımdadır.
Zərurət olmadığı halda general Əsiryanın hadisələrə təxribatçı prizmadan yanaşması böyük ehtimalla Rusiyanın sifarişidir. Daha əvvəlki illərdə onun buna bənzər fəaliyyətlərini izləmişik.
Nikol Paşinyanı müharibədəki məğlubiyyətdən dərhal sonra istefaya çağıran generallardan biri olan Əsiryan, Azərbaycana qarşı davranışlarında ehtiyatlı olmalıdır. Sözləri diqqətlə seçməlidir. Daha əvvəl də bəzi Eduard kimilər başından böyük danışırdılar, indi onlar Qobustanda çay içir.
Bəlkə Eduardın ürəyi də çay istəyir?
Ədalət Verdiyev,
Hərbi ekspert