2 Avqust 2026 / 14:42

2- avqust Azərbaycanda Kino Günüdür!

…Bu günlər yayın anomal istilərindən qorunmaq üçün Ağ Şəhər Bulvarına yollanmışdım, sərin meh əsirdi, ətrafda sakitlik hökm süürdü. Zəfər Muzeyi və Parkı adamda böyük qürur hissi oyadırdı…
Geriyə dönəndə ilk dəfə olaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin möhtəşəm və nəhəng inzibati binasını gördüm. Nədənsə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş çəkmək keçdi könlümdən.
Ertəsi gün 20 Yanvar metrostansiyası tərəfə yollandım. Kinostudiyanın inzibati binasını Kənd Təsərüfatı Nazirliyinin binası ilə müqayisə etdim, üzüldüm, heyrətləndim…
Bu sahələrin heç birində peşəkar deyiləm. Amma onu bilirəm ki, mal ətini Monqolustandan idxal edirik, teleməkanlarımızda isə sovetlər dönəmində çəkilmiş filmlərə həvəslə tamaşa edirik, nostalji hissləri bizi rahat buraxmır…
Səttar Qüdrətoğlu
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!