Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/4
Ötən gün Azərbaycan Kinosu Günü münasibətilə “AzerGold” QSC və BakıMedia Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi iləDaşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub. “AzerGold” QSC- nin mətbuat xidmətindən tezadlar.az-a bildirilib ki, tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” tammetrajlı bədii filmi nümayiş etdirilib. Kino həvəskarlarının böyük marağına səbəbolan nümayiş iştirakçılara Azərbaycan kinosunun ən müasir və uğurlu nümunələrindənbirini izləmək imkanı yaradıb.
Tarixi bioqrafik dram janrında çəkilmiş “Tağıyev: Neft” filminin baş prodüseri Arzu Əliyeva, rejissoru Zaur Qasımlıdır. Ekran əsəri böyük xeyriyyəçi və görkəmli sahibkarHacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dördhissəli layihənin ilk filmidir. Filmdə Tağıyevin neft sənayesindəki fəaliyyəti, sahibkarlıq yolu və milli inkişafnaminə gördüyü işlər bədii şəkildə təqdim olunur.
Qeyd edək ki, “Tağıyev: Neft” tammetrajlı bədii filmi Azərbaycanın 98-ci “Oskar” mükafatları üçün “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyası üzrə rəsminamizədi kimi irəli sürülüb.
Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzinin ərazisində xüsusi olaraq quraşdırılmış açıq hava kinoteatrında filmi 600 nəfərdən çox tamaşaçı izləyib. Nümayiş tamaşaçılar tərəfindən böyük maraqlaqarşılanıb.
Milli kino irsinin təbliği, Azərbaycan kinosunun uğurlarının regionlarda daha genişauditoriyaya çatdırılması məqsədi daşıyan bu cür təşəbbüslər “AzerGold” QSC-ninfəaliyyət göstərdiyi regionda mədəni həyatın zənginləşdirilməsinə, milli-mənəvidəyərlərin və kino sənətinin təbliğinə mühüm töhfə verir. Eyni zamanda, belə layihələrölkənin müxtəlif bölgələrində yaşayan insanların müasir Azərbaycan kinosu ilə yaxındantanış olmasına, mədəni tədbirlərdə fəal iştirakına və ictimai həmrəyliyinmöhkəmləndirilməsinə xidmət edir.