3 Avqust 2026 / 08:01

“AzerGold” Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə kino seansı keçirdi

Ötən gün Azərbaycan Kinosu Günü münasibətiləAzerGold” QSC BakıMedia Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi iləDaşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub. “AzerGold” QSC- nin mətbuat xidmətindən tezadlar.az-a bildirilib ki, tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olanTağıyev: Neft” tammetrajlı bədii filmi nümayiş etdirilib. Kino həvəskarlarının böyük marağına səbəbolan nümayiş iştirakçılara Azərbaycan kinosunun ən müasir uğurlu nümunələrindənbirini izləmək imkanı yaradıb.

Tarixi bioqrafik dram janrında çəkilmişTağıyev: Neft” filminin baş prodüseri Arzu Əliyeva, rejissoru Zaur Qasımlıdır. Ekran əsəri böyük xeyriyyəçi görkəmli sahibkarHacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dördhissəli layihənin ilk filmidir. Filmdə Tağıyevin neft sənayesindəki fəaliyyəti, sahibkarlıq yolu milli inkişafnaminə gördüyü işlər bədii şəkildə təqdim olunur.

Qeyd edək ki, “Tağıyev: Neft” tammetrajlı bədii filmi Azərbaycanın 98-ci “Oskar” mükafatları üçünƏn yaxşı beynəlxalq tammetrajlı film” nominasiyası üzrə rəsminamizədi kimi irəli sürülüb.

Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim İstirahət Mərkəzinin ərazisində xüsusi olaraq quraşdırılmış açıq hava kinoteatrında filmi 600 nəfərdən çox tamaşaçı izləyib. Nümayiş tamaşaçılar tərəfindən böyük maraqlaqarşılanıb.

Milli kino irsinin təbliği, Azərbaycan kinosunun uğurlarının regionlarda daha genişauditoriyaya çatdırılması məqsədi daşıyan bu cür təşəbbüslərAzerGold” QSC-ninfəaliyyət göstərdiyi regionda mədəni həyatın zənginləşdirilməsinə, milli-mənəvidəyərlərin kino sənətinin təbliğinə mühüm töhfə verir. Eyni zamanda, belə layihələrölkənin müxtəlif bölgələrində yaşayan insanların müasir Azərbaycan kinosu ilə yaxındantanış olmasına, mədəni tədbirlərdə fəal iştirakına ictimai həmrəyliyinmöhkəmləndirilməsinə xidmət edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!