Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlax rayonu, Malbinəsi kəndi (Yevlax–Bərdə avtomobil yolunun 7-ci kilometri) ünvanında yerləşən “Emil-N” istehsal-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.
Tezadlar.az xəbər verir ki, agentlikdən bildirilib ki, yoxlama zamanı müəssisənin müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi, istehsal prosesində isə qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Məlum olub ki, məhsulun qablaşdırılmasında istifadə edilən şüşə butulkalar açıq su hovuzunda antisanitar şəraitdə yuyulur. Qanunvericiliyin tələbləri pozulmaqla istehsal olunmuş “Jiquli” əmtəə nişanlı pivə məhsulları aşkarlanaraq dövriyyəsinin qarşısı alınıb.
Faktla bağlı inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



_1785763485.jpeg)
_1785763506.jpeg)

_1785763545.jpeg)
_1785763562.jpeg)