Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Venesuelada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 6125 nəfərə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkə Parlamentinin spikeri Xorxe Rodrigezin Telegram kanalında dərc olunan həftəlik bülletendə bildirilib.
Hesabata əsasən, axtarış-xilasetmə tədbirləri zamanı 6462 nəfər xilas edilib, 60 min 992 nəfər isə tibb müəssisələrində müalicə alıb. Ölkədə yoxlanılan 43 min 679 binadan 41 min 624-nün zədələndiyi, evsiz qalanlar üçün isə 287 evin təhvil verildiyi qeyd olunub.
Bu arada, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez paytaxt Karakasda keçirilən mənzil təhvil-təslim mərasimində açıqlamalar verib.
İlin sonuna qədər 4000 ailəyə 4000 ev təhvil verəcəklərini vurğulayan Rodrigez bildirib: “Dekabr ayına qədər təhvil verəcəyimiz bu 4000 evə əlavə olaraq, yeni evlərin tikintisinə başlamaq üçün torpaq tədqiqatlarımızı və ərazilərin təmizlənməsi işlərini davam etdiririk. Üstəlik, bu rəqəmə sıfırdan tikəcəyimiz yeni layihələr daxil deyil”.
Rodrigez fəlakət qurbanlarını tək qoymayacaqlarını bildirib və deyib: “Məqsədimiz bu ikiqat zəlzələdən ciddi şəkildə təsirlənən vətəndaşlarımıza sülh və xoşbəxtlik gətirmək; onlara tək olmadıqlarını hiss etdirməkdir. Müvəqqəti çadır şəhərciklərində və düşərgələrdə qalan hər bir insanın, hər bir uşağın və hər bir yetkinin tək olmadığını bilməsini istəyirik”.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi. Yaracuy ştatında qeydə alınan bu təkanlardan sonra 1500-dən çox afterşok qeydə alınıb.
ELBAR