Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avqustun 3-də Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində dənizin nəzarətsiz hissəsində iki nəfərin boğulması ilə nəticələnən faciə baş verib.
Tezadlar.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Aris Əfqan oğlu Əlihəsənov və onun qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənov dənizdə çimərkən suda boğulublar.
Aris Əlihəsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həsən Əlihəsənovun meyitinin axtarışları isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilir.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.