Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Abşeronda 54 yaşlı kişi arvadını bıçaqlayıb, zərbələrdən biri onun özünə də dəyib.
Tezadlar.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 54 yaşlı Tərlan İbrahimov mübahisə zamanı həyat yoldaşı, 48 yaşlı Günəş İbrahimovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Hadisə zamanı istifadə olunan bıçaq kişinin özünə də dəyib. Nəticədə o, həyatını itirib.
İlkin məlumata görə, hadisə ərlə arvad arasında yaranan mübahisə zəminində baş verib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
TƏBİB-in yaydığı məlumata görə, bu gün saat 07:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ərazisindən çağırış daxil olub. Hadisə yerinə operativ şəkildə təcili tibbi yardım briqadası cəlb edilib. Briqada tərəfindən bir nəfər kişinin həkiməqədər ölüm faktı qeydə alınıb. Yaralı qadın isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin ilkin rəyinə əsasən, pasiyentə boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, eləcə də qarın divarının kontuziyası diaqnozları təyin olunub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.