Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Cənubi Kaliforniyada hüquq-mühafizə orqanlarının əməkdaşları “Trump National” qolf klubunun yaxınlığında silahlı kişini saxlayıblar. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, federal agentlər qolf klubunun ərazisində olan şübhəli şəxs barədə məlumat veriblər, bundan sonra o saxlanılıb. CNN-in federal hüquq-mühafizə orqanlarındakı mənbəyi bildirib ki, hazırda saxlanılan şəxsin ABŞ Prezidenti Donald Trampa sui-qəsd hazırladığına inanmaq üçün heç bir əsas yoxdur. Bununla belə, istintaq davam edir.
Qeyd olunub ki, bu gün Donald Tramp Respublikaçılar Milli Komitəsinin tədbirində iştirak etmək üçün Los-Ancelesə səfər etməyi planlaşdırır. Polisin məlumatına görə, saxlanılan şəxs Dauni şəhərindən olan 38 yaşlı Cenin Con Teyldir. Onun məqsədi nə olub, hələki istintaq araşdırmaqdadır.