Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyev bölgəsində Rusiyanın raket və dron hücumu nəticəsində ölənlərlə bağlı matəm günü elan olunub.
Tezadlar.az xəbər verir ki, bunu Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko açıqlayıb.
Onun sözlərinə görə, matəm çərçivəsində bölgədə Ukraynanın Dövlət bayraqları yarıya qədər endiriləcək, həmçinin əyləncə xarakterli tədbirlərin keçirilməsi məhdudlaşdırılacaq.
Qeyd edək ki, avqustun 5-i gecə Kiyev vilayətinə həyata keçirilən kütləvi raket və dron hücumu nəticəsində 17 mülki şəxs həlak olub, 44 nəfər yaralanıb.