6 Avqust 2026 / 10:14

Şamaxıda yol qəzası: Yaralananlar var

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!