Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Konya vilayətində yük avtomobili qırmızı işıqda dayanan nəqliyyat vasitələrinə çırpılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
İlkin məlumata görə, Konya istiqamətində hərəkət edən yük avtomobilinin əyləci sıradan çıxıb. Nəticədə sürücü idarəetməni itirib və qarşı hərəkət zolağına keçərək işıqforda gözləyən iki minik, bir yüngül kommersiya və digər yük avtomobilinə çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və polis əməkdaşları cəlb edilib.
Yaralılar sıxışıb qalan avtomobillərdən çıxarıldıqdan sonra xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.