Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Zərdabda baş verən yol qəzasında xəsarət alan 2 nəfər (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Tezadlar.az xəbər verir ki, TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda pasiyentlərin Bakı şəhərinə təxliyə olunması üçün tədbirlər görülür.
———–
Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tezadlar.az xəbər verir ki, minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan qadın sərnişin həyatını itirib.
Qəzada xəsarət alan digər şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.