Əsas məzmuna keç

Ər və arvadın yanaraq öldüyü evdə yanacaq aşkarlanıb

yanan ev terter

Tərtərdə ər-arvadın yanaraq öldüyü evdə yanğının qəsdən törədildiyini ehtimal etməyə əsas verən maddi sübut aşkarlanıb.

Tezadlar.az xəbər verir ki, hadisə ilə bağlı evə baxış keçirilərkən qabda yanacaq məhsulu aşkarlanıb. Hadisə yerində ailənin yaxınları tərəfindən tapılan həmin maddə ekspertiza qrupuna təhvil verilib.

Hazırda aşkarlanan yanacaq məhsulunun tərkibi və yanğının qəsdən törədilib-törədilmədiyi ilə bağlı ekspertiza araşdırmaları aparılır.

Qeyd edək ki, Tərtər şəhərində baş verən yanğın zamanı evdə olan Səmədov Əsgər Vəli oğlu və həyat yoldaşı Hüseynova Adilə Soltan qızı yanaraq ölüb.

Faktla bağlı araşdırma davam etdirilir.

 

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…