7 Avqust 2026 / 11:55

Yaponiya Kiçik Kuril silsiləsindəki bir adanın Zorgenin adını daşımasını araşdıracaq

Yaponiya Rusiya Coğrafiya Cəmiyyətinin Kiçik Kuril silsiləsindəki əvvəllər adsız adalardan birinə Sovet casusu Riçard Zorgenin adını vermək qərarını araşdırmaq niyyətindədir.

Tezadlar.az bildirir ki, bu barədə avqustun 7-də Yaponiyanın baş hökumət katibi Minoru Kihara məlumat verib.

“Hökumət ölkəmizin “şimal əraziləri” ilə bağlı mövqeyini müxtəlif yollarla Rusiya tərəfinə çatdırır. Bu açıqlama ilə bağlı biz dəqiq faktları müəyyən edəcək və ölkəmizin mövqeyinə əsasən müvafiq hərəkət edəcəyik”, – deyə “RİA Novosti” onun sözlərinə istinadən bildirir.

İyulun sonunda Rusiya Coğrafiya Cəmiyyətinin Saxalin şöbəsi Kiçik Kuril silsiləsindəki iki adsız adaya Sovet İttifaqı Qəhrəmanlarının – casus Riçard Zorgenin və artilleriyaçı İvan Rublenkonun adının verildiyini elan edib. Adalarda adları olan xatirə lövhələri quraşdırılıb və yeni adlar dünya xəritələrinə əlavə olunacaq.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yaponiyanın yöndəmsiz hərəkətləri səbəbindən Moskva ilə Tokio arasındakı münasibətlər artıq geri dönüş nöqtəsinə çatıb. Diplomatın sözlərinə görə, Yaponiya ardıcıl anti-Rusiya mövqeyini qorumağa davam edir, o cümlədən sanksiyalara qarşı təzyiqin artırılmasına çağırır.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!