Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Avqust 2026 / 09:18

ZƏNGƏZURUN QEYRƏT QALASI NÜVƏDİ ANKLAV KİMİ GERİ QAYTARILMALIDIR!

(8 Avqust 1991 – Nüvədinin itirildiyi faciəvi gündür bizim üçün... 8 Avqust 2026 – faciənin 35-ci ildönümüdür).

NÜVƏDİ İncildə NOD və ya NOAD kimi gedir. Orada deyilir: “Allah Kaini (Xaini) kiçik qardaşı Əbili (Abel) vurub öldürdüyünə görə susuz, daş-qayalı, ilan-çuyannı, lakin dadlı meyvələr yetirən bir dərəyə sürgün etdi. U dərə EDEN bağlarının şimal-şərqində idi”.
İngiltərənin məşhur İncilşünas alimi David Rohl sübut edir ki, EDEN bağları bizim TƏBRİZ şəhərinin altında qalıb…”. 
Bu ideyadan çıxış etsək, İncilin NOAD dediyi dərə bizim NUADİ`dir… Və NÜVƏDİDƏ doğrudan da KAİNİN adını daşıyan bir dərə var. Sinni bilinməyən zamanlardan camaat ora XAİNCİVAR deyirdi XAİNİN YAŞADIĞI (ya SÜRGÜN OLUNDUĞU CİVAR, ~SƏMT).
İncilin dediyi XAİN həmin dərəyə sürgün olunmuşdu.
Dərə KƏND ÇAYI adlı indi yəqin dəy qaraltısı qalmış qədim kənd yerinə açılırdı.
Azca sulu dərə idi, Cəviz ağacları bitirdi orada. Böyürtgəni bol olurdu. Vəhşi üzüm buğum atıb uca ağaclara dırmaşır, qara, şirin, təmli üzüm yetişdirirdi bizlər üçün.
NÜVƏDİ tarix boyu, xüsusilə yayda, sudan korluq çəkib. Lakin,
NÜVƏDİ dövlətə ildə 200 ton şipşirin haraqurna üzümü verirdi.
NÜVƏDİ dövlətə ildə 100 ton şirin yez nar verirdi.
NÜVƏDİ nüvədililərə ayrıça 100 ton şirin yez nar verirdi.
NÜVƏDİ dövlətə ildə 50-100 ton incir (əncir) veriridi.
NÜVƏDİ dövlətə ildə 20-25 ton ətirli ərik verirdi.
NÜVƏDİ dövlətə ildə 50 ton qırmızıyanaq şəftəli verirdi.
NÜVƏDİ dövlətə ildə 5 ton dərəni ətrinə bürüyən sapsarı Ordubad
heyvası verirdi.
NÜVƏDİ şəkərannarı (atlas bağçaları) hesabına ildə dövlətə 25-30
ton barama (təbii İPƏK) verirdi.
NÜVƏDİ aran dağlarında tikansız, yumşaq kol bitirirdi. Rayonun
bütün kəndləri barama qurdu yeyib barama bağlamağa
gedəndə, altına sərmək üçün 300-400 ton u ipək koldan
çıxarıb aparırdı.
NÜVƏDİ yaylaqda alaçıqların yanına çəkilən çətən toxumaq üçün
bütün rayona tonlarla qarğısı, nazik qamışı ilə xidmət
göstərirdi.
NÜVƏDİ öz dərin, gur meşələrində və dərələrində bitirib öz
camaatını da yüksək keyfiyyətli qozu, dağdağanı, meşə
armudu, atgötüsü, yağlı çatdanquşu, yemiliyi, əvəliyi,
əleyisi, dağ keşnişi, bezəgəzri, digər səbzələrinin bolluğu
ilə öyünürdü.
NÜVƏDİ dövlətinin ildə 30 min baş qoyunu olurdu.
NÜVƏDİ dövlətə ildə 30-40 ton yüksək liftli yumşaq yun verirdi.
NÜVƏDİ qadınları “Nüvədi xalçaları” toxuyub, dövlətə ildə 40-50
xalça verirdi.
NÜVƏDİ kolxozunda 500 baş iri mal-qara saxlanılırdı yay örüşləri ilə.
NÜVƏDİ dövlətə ildə 100 ton süd verirdi.
NÜVƏDİ öz camaatına ildə 30 ton əridilmiş sarı yağ verirdi.
NÜVƏDİ anahatının (camaatının) 5-7 min baş keçisi var idi.
NÜVƏDİ ildə 50 ton barmaqlardan yağı süzülən aroma qoyun
pendiri, motal pendiri – məşhur “Nüvədi pendiri” tuturdu.
NÜVƏDİ 60-cı illərə qədər dövlətə 100 tondan çox taxıl verirdi.
NÜVƏDİ dağlarında zəmi biçilən illərdə yükdaşıyan heyvanlara
qışda yedirmək üçün 100 tonlarla saman yığırdı xırman
altındakı mərəklərinə.
NÜVƏDİ zavod olmayan illərdə üzümdən 100 tona qədər araq
çəkirdi. İçməyənlər satıb onun pulu ilə külfət
dolandırırdılar.
NÜVƏDİ dağlarında bitən çaşır, sulu dərələrinin baldırqanı qış
evlərinin minlərlə şoraba balonları idi.
NÜVƏDİ özünün qələvili DOŞAB TORPAĞI ilə, evləri, eyvanları
ağardacaq, amma söykənəndə paltarda iz qoyxmayan,
adı Gil yazıda keçən HARALIDAN çıxarılan AĞ TORPAĞI ilə
öyünürdü.
NÜVƏDİ qışda xırda və iribyunuzlu heyvanları yemləmək üçün
çimənlərindən MİLYON TONA yaxın ən yüksək keyfiyyətli ot
verirdi.
NÜVƏDİ güneylərində bitən yağlı gəvən kolları qaramalın ən
keyfiyyətli, dadlı yemi idi. İstədiyin qədər çıxart, yandır, döy,
yedir inəyə, sağ südünü patıla, vedrəyə, al gündəlik ruzuni…
NÜVƏDİ camaatı ildə 100 ton “paprız kağızı” kimi nazik, dadlı təndir
LAVAŞI bişirirdi.
NÜVƏDİ dövlətə ildə ən azı 25-30 ali təhsilli mütəxəssis verirdi.
NÜVƏDİ hər iki respublikada “ALİMLƏR KƏNDİ” adlanırdı.
Tək Nüvədidən akademik, müxbir üzvü, professorlar,
doktorlar yetişirdi, fəlsəfə doktorları ilə birgə alimlərin sayı
az qala yüzə çatmada. Şairləri, Rəssamları, Yazarları
ad-san qazanmışdılar.
NÜVƏDİ Ərazicə də, əhalsiinin sayına görə də Meğri rayonunun ən
böyük kəndi idi. Ermənistan ərazisindən ən gec çıxarılan
kənd idi.
U “Zəngəzurun Qeyrət qalası” adını almışdı.
NÜVƏDİNİN Ermənistana verilməsi barədəki 1929-cu ilin vəhşi
bolşevik qərarı göydən asılı qalmış kağız parçasıdır. Azərbaycan Ali Soveti Rəyasət heyəti u kağız parçasını, yalnız, 1968-də MK-nın birinci katibi V. Axundovun Yerevanda doktorluq dissertasiyasının müdafiəsinə qurban kimi təsdiqlədi (Xınalı Qurban kimi kəsdi başımızı).
NÜVƏDİDƏ dediyim kimi XAİNCİVAR (Nüvədinin Şumer dövrü
yastı ləhcəsində ora XƏNCAVƏR olmuşdu).
İncilə görə, əsasını elə Kainin özü oğluna hədiyyə kimi tikdiyi çox dədbdəbəli, bağlı-bağatlı, elit, savadlı xalq yaşamış
ANGİZET kəndi qüdsal sayılırdı.
MİYANBUTUN ZİRVƏSİ,
BABA HACI,
TƏPƏ ƏBDÜL ATA,
DƏRƏ ƏBDÜL ATA,
TİŞNENYNİ,
DİNİSİN ZİRVƏSİ,
MƏKKƏYƏ SƏMT VERƏN QİBLƏ ARDICI,
DAĞDAĞAN Pirrəri,
SULTAN SƏLMƏ (SƏLİM),
ERNƏZİR,
ÖSKÜRƏK DAŞ kimi camaatın inam bəslədiyi qüdsal yerlər var idi.
ON İLLƏRDİR BİZ SAHİBLƏRİNİN HƏSRƏTİNİ ÇƏKİR PİRLƏRİMİZ.
NÜVƏDİNİN ANKLAV KİMİ GERİ QAYTARILMASI MƏSƏLƏSİ GÜNÜMÜZÜN VACİB DÖVLƏT DOKTRİNASINA ÇEVRİLMƏLDİR !
BİZ BU BOYDA SƏRVƏT SAHİBİNİ YENİDƏN BİZİM ƏLİMİZƏ KEÇƏN ANDA İTİRDİK.
MÜSTƏQİLLİYİMZƏ QOVUŞACAQ İLLƏRDƏ, DÜŞMƏN TAPDAĞINA BURAXMAĞA MƏCBUR EDİLDİK.
BU BOYDA SƏRVƏTİ DÜŞMƏN VİRANƏ QOYUB İNDİ.
BUNA DÖZMƏK OLARMI ?
ARTIQ VAXTDIR – BİZ NÜVƏDİYƏ QAYITMALIYIQ !!
***
İNANIRAM Kİ, AZƏRBAYCANIN ZƏFƏR YÜRÜŞLÜ MÖHTƏRƏM PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK HEYDƏR ƏLİYEVİN “QEYRƏTLİ İNSANLAR MƏSKƏNİ” adlandırdığı NÜVƏDİNİN ANKLAV KİMİ GERİ QAYTARILMASI İLƏ ŞƏXSƏN MƏŞĞULDUR və O BU MƏSƏLƏNİ DƏ ZƏNGƏZUR (NÜVƏDİ) DƏHLİZİNİN AÇILIŞI İLƏ EYNİ VAXTDA HƏLL EDƏCƏK.
ALLAH ÖZÜ ONA YAR OLSUN !
XXX
…Kəndin köhnə ikimərtəbəli idarəsi (lap solda) yenidən imar edilib, oradaca ALTUN SARAY NÜVƏDİ adlı İNCİYƏ çevrilməlidir.
İkinci şəkil ALTUN SARAY NÜVƏDİNİN ikinci versiyası və ətrafı.
Arxada ZƏRDƏBÖYRÜ Aşırımından görünən və Nüvədinin başı üztündə ucalan genişməkanlı GİLDIRA DAŞDIR.
Qayıdışdan sonra onun üzərində ucaldacağımız sorağını gil lövhə mətnlərindən aldığım, biz unutsaq da, xristian dünyasının yaşatdığı, ancaq, Ulularımızın səcdə qıldıqları BAHAR, MƏHƏBBƏT və BOLLUQ İLAHƏMİZ İSTƏRİN (Easter) abidəsi görünür…
Tariyel AZƏRTÜRK,
Professor
(ABŞ)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!