Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hitmeyker Murad Arif illər əvvəl yaşadığı maddi çətinliklərlə bağlı xatirəsini bölüşüb.
Tezadlar.az xəbər verir ki, sənətçi 25 il əvvəl işlədiyi dövrdə aylıq qazancının cəmi 50 manat olduğunu bildirib. Onun sözlərinə görə, həmin məbləğin əhəmiyyətli hissəsi işə gedib-gəlmək üçün yol xərclərinə sərf olunurdu.
Murad Arif həmin vaxt iş yerində belə yemək yemədiyini etiraf edib. Sənətçi o dövrün onun üçün kifayət qədər çətin keçdiyini qeyd edib.
Hitmeyker bildirib ki, bu xatirəni sadəcə keçmişini yada salmaq üçün deyil, xüsusilə gənclərə müəyyən həyat mesajı vermək məqsədilə bölüşüb.
Sənətçinin illər əvvəlki həyatından danışması sosial şəbəkələrdə maraq doğurub və onun etirafı müzakirələrə səbəb olub.