Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avstraliya polisi Sidneydə yaşayan 85 yaşlı Kris Baqsaryanın oğurlanması və öldürülməsi işi üzrə 12-ci şübhəlini saxlayıb. İstintaq hesab edir ki, təqaüdçü təsadüfi qurban olub: cinayətkarlar ya səhv ünvana gəliblər, ya da hədəf seçdikləri şəxsi yanlış müəyyənləşdiriblər.
Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki, oğurluq 2026-cı il fevralın 13-də səhər tezdən baş verib. Kişi Nort-Rayd ətrafındakı evindən zorla aparılıb. Yaxınlarının müraciətindən sonra polis axtarışlara başlayıb və qısa müddətdə müəyyən edib ki, təqaüdçü cinayətkarların əslində qaçırmaq istədiyi şəxs olmayıb.
Baqsaryanı sağ tapmaq mümkün olmayıb. Fevralın 24-də səhər saatlarında onun qalıqları Pitt-Taun rayonunda qolf meydançasının yaxınlığında aşkarlanıb. Kişinin hansı şəraitdə öldüyü və cinayəti təşkil edən şəxslərin motivləri hələ də araşdırılır.
Qadının girov müqabilində azadlığa buraxılması rədd edilib. O, yerli məhkəmə qarşısına çıxarılacaq.
Yeni Cənubi Uels polisinin məlumatına görə, təqsirləndirilən şəxslərin hər birinin cinayətdə iştirak dərəcəsi istintaq və məhkəmə araşdırması zamanı müəyyənləşdiriləcək.