Soaial şəbəkəıərdə görkəmli rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının pis gündə olması barədə fotoşəkillər paylaşılmaqdadır… Ülviyyə Heydərova yazır: “…Ümid edirəm böyük rəssamın məzarı aidiyyatı qurumlar, təşkilatlar tərəfindən nəzarətə götürülərək bərpa olunacaq. Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından, uzaqdan əlaqəsi yoxdur. Amma biz ki Varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa ki gücümüz var.
Azərbaycan Rəssamlar İttifaqı
P.S. Rəssam Yasamalda dəfn olunub”.
İnanırıq ki, bu məzara sahib çıxan tapılacaq…
Səbuhi