Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa “Strasburq”unun və Belçika millisinin yarımmüdafiəçisi Dieqo Moreyra İtaliyanın “Milan” klubuna keçəcək.
Tezadlar.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar artıq anlaşıblar və sənədləşmə prosesinə başlayıblar.
İtaliya A Seriyası təmsilçisi 22 yaşlı futbolçu üçün bonuslar nəzərə alınmadan 50 milyon avro ödəyəcək. Fransa klubu futbolçunun növbəti satışından faiz almaq hüququnu özündə saxlayacaq.
Qeyd edək ki, D.Moreyra 2025/2026 mövsümündə keçirdiyi 42 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı onun dəyərini 25 milyon avro qiymətləndirir. Futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə kimidir.