Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 22:56

“Milan”dan 50 milyon avroluq transfer

Fransa “Strasburq”unun və Belçika millisinin yarımmüdafiəçisi Dieqo Moreyra İtaliyanın “Milan” klubuna keçəcək.

Tezadlar.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar artıq anlaşıblar və sənədləşmə prosesinə başlayıblar.

İtaliya A Seriyası təmsilçisi 22 yaşlı futbolçu üçün bonuslar nəzərə alınmadan 50 milyon avro ödəyəcək. Fransa klubu futbolçunun növbəti satışından faiz almaq hüququnu özündə saxlayacaq.

Qeyd edək ki, D.Moreyra 2025/2026 mövsümündə keçirdiyi 42 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı onun dəyərini 25 milyon avro qiymətləndirir. Futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə kimidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!