Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Avqust 2026 / 07:25

Tbilisidə Azərbaycan, Gürcüstan və İran rəssamları əsərlərinin sərgisi açılıb

Dünəndən Tbilisidə Azərbaycan, Gürcüstan və İran rəssamlarının əsərlərindən ibarət beynəlxalq sərgi açılıb. Tezadlar.az xəbər verir ki, “Art Unites the World – Colors That Know No Boundaries” (“İncəsənət dünyanı birləşdirir – sərhəd tanımayan rənglər”) adlı sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Tbilisi Tarix Muzeyində təşkil olunub. Sərgidə 70-dən çox rəssamın əsərləri nümayiş etdirilir. Onlardan 37-si Azərbaycan, 35-i isə Gürcüstan və İran rəssamlarıdır. Müxtəlif üslub və istiqamətlərdə hazırlanmış əsərlərin yer aldığı sərginin əsas məqsədi müxtəlif ölkələrdən olan rəssamları vahid sənət platformasında bir araya gətirmək, yaradıcılıq mübadiləsini genişləndirmək və mədəni əlaqələrin inkişafına töhfə verməkdir. Sərginin açılışında Azərbaycan və İran səfirliyinin əməkdaşları, sənət adamları, rəssamlar və mədəniyyət xadimləri iştirak ediblər. Qeyd edək ki, analoji sərgi bu ilin martında Tbilisidə keçirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!