Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Avqust 2026 / 16:20

Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək – tenderi 10 manat kapitalı olan şirkət udub

Şuşada Zərgər Məmmədin evi təqribən 1,4 milyona təmir ediləcək.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” (VÖEN: 8600208181) Şuşa şəhəri, Sadıqcan küçəsi, giriş 8 ünvanında yerləşən yaşayış evinin əsaslı təmiri və bərpası işlərinin satınalınması ilə bağlı işləri yekunlaşdırıb.

Tezadlar.az  xəbər verir ki, tenderin qalibi “Aqroman” MMC  (VÖEN: 1202544661) olub. Tərəflər arasında 1 milyon 379,1 min manatlıq satınalma müqaviləsi imzalanıb. Tender çərçivəsində Zərgər Məmmədin evinin təmiri nəzərdə tutulub.

Qeyd edək ki, “Aqroman” MMC 2020-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!