18 Avqust 2026 / 19:50

Moskva məhkəməsi Morgenşternə 40 min rubl cərimə kəsdi

Rusiyanın paytaxtı Moskvada Savyolovski Rayon Məhkəməsi repçi Alişer Morgenşterni xarici agent kimi fəaliyyət qaydalarını pozduğuna görə 40 min rubl (800 manat – red.) məbləğində cərimələyib.

Tezadlar.az  xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb.

“Moskva şəhərinin Savyolovski Rayon Məhkəməsinin qərarı ilə Morgenştern Rusiya İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 40 min rubl məbləğində cərimə cəzasına məhkum edilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu, musiqiçi barəsində həmin maddə üzrə tərtib edilən üçüncü protokoldur və xarici agent kimi üzərinə düşən öhdəliklərdən yayınmasına görə qiyabi hökm çıxarıldıqdan sonra ilk protokoldur.

2026-cı ilin aprelində magistral məhkəmə Morgenşterni 7 milyon rubl (140 min manat – red.) məbləğində cərimələyib. İyun ayında apellyasiya məhkəməsi cərimənin məbləğini 8.2 milyon rubla (164 min manat – red.) qədər artırıb.

Hazırda sənətçi Rusiya hüdudlarından kənardadır. Buna görə də bütün materiallara qiyabi baxılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!