Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan hökuməti, daha dəqiqi Maliyyə Nazirliyi 2026-cı ildə dövlət büdcəsinin əvvəlcədən təsdiq edilmiş hissəsinə təxminən 1 milyard manat qənaət etmək niyyətindədir.
Tezadlar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
Sənəddə bildirilir ki, 2026-cı il Azərbaycanın dövlət büdcəsinin xərcləri 40 milyard 862,6 milyon manat səviyyəsində olacaq. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 faiz azdır.
Xatırladaq ki, 2026-cı ilin büdcəsində ilkin variantda xərclər 41 milyard 703,6 milyon manat nəzərdə tutulmuşdu. Başqa sözlə, bu il büdcə xərcləri əvvəlcə nəzərdə tutulduğundan 841 milyon manat az olacaq.
Maliyyə Nazirliyi qənaət olunacaq sahələri də açıqlayıb:
2026-cı ildə cari xərclərə 24 milyard 713,1 milyon manat – 488,5 milyon manat və ya 1,9 faiz az
əsaslı xərclərə 13 milyard 691,8 milyon manat – 352,6 milyon manat və ya 2,5 faiz az
dövlət borcuna xidmətlə bağlı xərclərə 2 milyard 457,6 milyon manat – nəzərdə tutulan qədər vəsait ayrılacaq.
Bundan başqa,
ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərclərinə 5 milyard 462,8 milyon manat – 55,2 milyon manat və ya 1 faiz az,
sosial müdafiə və sosial təminat xərclərinə təsdiq olunmuş 4 milyard 873 milyon manata qarşı 4 milyard 824,2 milyon manat – 48,7 milyon manat və ya 1 faiz az,
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə təsdiq olunmuş 632,1 milyon manata qarşı 625,8 milyon manat – 6,3 milyon manat və ya 1 faiz az
ətraf mühitin mühafizəsi xərclərinə təsdiq olunmuş 415,8 milyon manata qarşı 411,6 milyon manat – 4,2 milyon manat və ya 1 faiz az,
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinə təsdiq olunmuş 3 milyard 336,3 milyon manata qarşı 3 milyard 286,2 milyon manat – 50 milyon manat və ya 1,5 faiz az,
müdafiə və milli təhlükəsizlik xərclərinə təsdiq olunmuş 8 milyard 717,6 milyon manata qarşı 8 milyard 562,8 milyon manat – 154,7 milyon manat və ya 1,8 faiz az,
səhiyyə xərclərinə təsdiq olunmuş 2 milyard 24,3 milyon manata qarşı 1 milyard 987,3 milyon manat – 37,1 milyon manat və ya 1,8 faiz az,
kənd təsərrüfatı xərclərinə təsdiq olunmuş 1 milyard 226,5 milyon manata qarşı 1 milyard 202 milyon manat – 24,5 milyon manat və ya 2 faiz az,
iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərclərinə təsdiq olunmuş 7 milyard 856,6 milyon manata qarşı 7 milyard 699,5 milyon manat – 157,1 milyon manat və ya 2 faiz az,
təhsil xərclərinə təsdiq olunmuş 5 milyard 16,4 milyon manata qarşı 4 milyard 880,1 milyon manat – 136,3 milyon manat və ya 2,7 faiz az,
mənzil və kommunal təsərrüfatı xərclərinə təsdiq olunmuş 334,5 milyon manata qarşı 321,3 milyon manat – 13,2 milyon manat və ya 3,9 faiz az,
əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər isə təsdiq olunmuş 1 milyard 752,5 milyon manata qarşı 1 milyard 598,9 milyon manat – 153,7 milyon manat və ya 8,8 faiz az vəsait xərclənəcək.
Maraqlıdır ki, bu qənaət tədbirləri dövlət büdcəsinin gəlirlərinin nəzərdə tutulan həddən daha artıq olması fonunda baş verir. Belə ki, Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir ki, 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756 milyon manat və ya 2 faiz çoxdur.
Əgər bu proqnozlar yerinə yetirilsə, büdcənin kəsiri əvvəlcədən nəzərdə tutulduğu kimi 3 milyard manat deyil, 1,5 milyard manat olacaq.
fed