Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ hökumətinin ümumi borcu tarixdə ilk dəfə 40 trilyon dollar həddini keçib.
Tezadlar.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi 18 avqust tarixinə ölkənin ümumi borcu haqqında məlumatları açıqlayıb.
Məlumatlara görə, həmin tarixdə hökumətin saxladığı borcun məbləği 32,265 trilyon dolları, hökumətlərarası borc isə 7,781 trilyon dollara çatıb.
Beləliklə, ABŞ hökumətinin ümumi borcu 40,047 trilyon dollar olaraq hesablanıb.
ABŞ hökumətinin borcu 2022-ci ilin əvvəlində artıq 30 trilyon dollar həddini keçib. Beş ildən az müddətdə ölkənin dövlət borcunun 10 trilyon dollar artması diqqətəlayiqdir.
Bu artıma pandemiya stimullaşdırıcı paketləri, faiz xərclərinin artması və vergi endirimləri kimi amillər təsir edib.
Bu ilin əvvəlində ABŞ hökumətinin borcu 38,4 trilyon dollar təşkil edib.
ELBAR