23 Avqust 2026 / 15:44

Robotlar insanların rekordlarını qırdı: Bir robot 100 metri Usain Boltdan daha tez qaçdı

Çində keçirilən Dünya Humanoid Robot Oyunlarının açılışında bir robot 100 metri cəmi 9.39 saniyəyə qaçaraq əfsanəvi idmançı Usain Boltun 9.58 saniyəlik dünya rekordunu geridə qoyub.

Tezadlar.az xəbər verir ki, robotlar həftəsonu Pekində keçirilən Dünya Humanoid Robot Oyunlarında idman tədbirlərində əvvəllər insanların qazandığı rekordları qırıblar.

Onlarla robot atletika və boksdan tutmuş futbol və döyüş sənətlərinə qədər müxtəlif idman növləri üzrə yarışıb. Lakin tədbirin ən çox danışılan anı açılış mərasimində baş verib.

Tiangong Ultra adlı robot 100 metri 9.39 saniyəyə qaçaraq Yamaykalı idmançı Usain Boltun 2009-cu ildəki 9.58 saniyəlik əfsanəvi rekordunu qırıb.

Və bu gün daha bir rekord qeydə alınıb. Eyni humanoid robot modeli 400 metrlik dünya rekordunu təxminən beş saniyə qırıb.

400 metrlik dünya rekordu Cənubi Afrika idmançısı Uayde van Niekerkə məxsusdur – 43.03 saniyə. Pekin yarışında robot yolu 38.15 saniyəyə qət edərək mövcud rekordu təxminən 5 saniyə üstələyib.

Yarış zamanı maraqlı anlar da yaşanıb. Finiş xəttinə böyük təhlükəsizlik döşəkləri qoyulub.

Sürətlərini idarə edə bilməyən robotlar bu döşəklərə çırpılıb və sonra xərəklərdə aparılıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!