Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan braziliyalı həmkarı Luis İnasio Lula da Silva ilə telefon danışığı aparıb və tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Prezident Ərdoğan görüşdə 20 il əvvəl irəli səviyyədə əsası qoyulan iki ölkə münasibətlərinin gündən-günə inkişaf etməsinin məmnunluq doğurduğunu, investisiya, ticarət və müdafiə sənayesi başda olmaqla, hər sahədə əməkdaşlığı dərinləşdirməyin ölkələrə fayda verəcəyini ifadə edib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, Ərdoğan regional və qlobal məsələlərdə barışığı ön plana çəkən siyasətin dünyada sülhə töhfə verdiyini də ifadə edib.







