Azərbaycan şirkətləri Özbəkistanda qızıl və digər filiz yataqlarının işlənməsində, geoloji kəşfiyyatda, gümüş tərkibli filizlərin emalında və nadir torpaq metallarının hasilatında iştirak edə bilərlər.
Bundan başqa, Azərbaycanın məşhur tikinti şirkətləri də böyük layihələrin icrasında yer alıblar.
Tezadlar.az “Gazeta”ya istinadən xəbər verir ki, tikinti sektorunda TuranAZ Namanqan vilayətinin Dövlətabad rayonunda Baku City yaşayış kompleksi tikməyi planlaşdırır.
“Agalarov Development” şirkəti Daşkəndin Mirabad rayonunda çoxmərtəbəli yaşayış kompleksi, “Hidro İnşaat Servis” şirkəti isə Yunusabad rayonunda çoxmərtəbəli yaşayış binaları tikməyi planlaşdırır.
“Agalarov Development” şirkəti, həmçinin Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze” Uzbekistan beynəlxalq turizm mərkəzi layihəsində tərəfdaşdır.
“PASHA Holding” şirkəti paytaxtın Çilanzar rayonunda beşulduzlu The Ritz-Carlton oteli və Baku Tower apartmentləri tikməyi planlaşdırır.
Yeni Daşkənddə Azərbaycan Dövlət Şəhərsalma və Memarlıq Komitəsi ilə tərəfdaşlıq çərçivəsində “Azərbaycan” adlı parkın yaradılması planlaşdırılır.
Xatırladaq ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlini qoyublar.
JASMİN






