Əsas məzmuna keç

İsrailin Qəzza zolağında hücumlarında ölənlərin sayı 73 min 431-ə çatıb

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 73 min 431-ə çatıb.

Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumlarında itkilərlə bağlı son məlumatlar paylaşılıb.

Atəşkəs razılaşmasına baxmayaraq, son 24 saat ərzində İsrail hücumlarında 6 nəfər ölüb, 36 nəfər yaralanıb.

Məlumata görə, dağıntılar altından bir cəsəd çıxarılıb, əvvəlki hücumlarda yaralanan iki nəfər isə həyatını itirib.

Qəzzada atəşkəsin 10 oktyabrda qüvvəyə mindiyindən bəri İsrail hücumlarında 1296 nəfərin, 4296 nəfərin yaralandığı və dağıntılar altından 814 cəsədin çıxarıldığı bildirilib.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73.431 nəfərə çatıb, 174.437 nəfər yaralanıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…