Kanada ilə ticarət müharibəsinin şiddətlənməsi fonunda ABŞ-da tualet kağızı da daxil olmaqla kağız məhsullarının qiymətləri artmağa başlayıb.
Tezadlar.az bu barədə The Guardian-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, kağız məhsulları ən çox zərər çəkən sektorlar arasındadır. Tualet kağızı və salfetlərin əksəriyyəti ABŞ-da istehsal olunur, lakin onlar xammal üçün Kanadadan çox asılıdırlar.
Dünya Bankının məlumatına görə, ABŞ 2024-cü ildə Kanadadan 328 milyon dollar dəyərində tualet kağızı idxal edib və bu da Kanadanı bu məhsulun ABŞ-a ən böyük ixracatçısına çevirib.
Nəşr qeyd edir ki, ABŞ-ın əsas pərakəndə satış şirkətləri Kanadadan kağız məhsulları alırlar. 25 avqustda Kanada hakimiyyətinin 8 sentyabrdan etibarən ABŞ-ın 27,6 milyard dollarlıq idxalına 15%, 25% və 50% cavab tarifləri tətbiq edəcəyi bildirilib. Kanada Vaşinqtonu şərtləri dəyişdirməkdə günahlandırır, ABŞ isə Kanadanı razılaşmanı pozmaqda günahlandırır və 2027-ci ildən etibarən tarifləri 50%-ə qaldırmaqla hədələyir.
ELBAR







