İsrail əsgərləri işğal olunmuş Qərb Şəriyəsinin cənubundakı Kermel bölgəsində bir avtomobilə atəş açarkən iki fələstinli qadın və bir gənc qız üzlərindən yaralanıb.
Tezadlar.az xəbər verir ki, Fələstin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri Kermel şəhərinə basqın ediblər.
Şəhər ətrafında və yollarda mövqe tutan İsrail əsgərləri yoldan keçən avtomobillərə atəş açıblar. Silahlı atışma nəticəsində avtomobillərində olan iki fələstinli qadın və bir gənc qız başından və üzündən ağır yaralanıblar.
WAFA-ya danışan Kermelin meri və yaralılardan birinin əri Qasim Əbu Ərram İsrail qüvvələrinin həyat yoldaşı dostu ilə toydan qayıdarkən heç bir xəbərdarlıq etmədən atəş açdığını bildirib.
Əbu Ərram, həyat yoldaşı Sana Əbu Ərramın (58) və qızları Lana əl-Harvaşın (14) üzlərindən vurulduğunu və xəsarətlərinin çox ciddi olduğunu bildirib.
Əbu Ərram bildirib ki, həyat yoldaşının dostu Dua əl-Hərvaş (30) qəlpələrin onun üzünə dəyməsi nəticəsində yaralanıb.
ELBAR







